Fransadan Türkiyə ETİRAFI: "Çox güclü diplomatik oyunçudur"

Fransadan Türkiyə ETİRAFI:  "Çox güclü diplomatik oyunçudur" backend

Türkiyə ilə Əlcəzair arasındakı əlaqələrin güclənməsinə diqqət çəkən Fransanın "Le ournal Afrique" dərgisi iki ölkənin Afrikada çox güclü diplomatik oyunçu olduğunu yazıb.

Publika.az xəbər verir ki, məlumatda Əlcəzair ilə Türkiyə arasındakı səmimi münasibətlərin Aralıq dənizi və Afrikada yeni geopolitik paradiqmanı təmsil etdiyi qeyd edilib.

"İki dövlətin qarşılıqlı keçmiş və geostrateji maraqlarının tədricən uyğunlaşması bu gün hər zamankından daha çox ortaya çıxır. Hər iki ölkə üçün olduğu kimi, Afrika üçün də böyük potensiala sahib ittifaq getdikcə daha da yaxınlaşır", - xəbərdə vurğulanıb.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Türkiyə ilə strateji ortaqlığı ön plana çəkir. Fransa düşmənçilik siyasətini artırmağa davam etdiyi halda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikada yeni "yumşaq gücə" sahib olub.