Fransadan çağırış: Rus və Çin vaksinlərini tanımayın!

Fransadan çağırış:  Rus və Çin vaksinlərini tanımayın! backend

Fransa Avropa Birliyi dövlətlərinə koronavirusa qarşı Rusiya və Çində istehsal edilən vaksinləri tanımamaqla bağlı çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kleman Bon yayıb.

“Fransa tərəfdaşlarına deyir ki, ehtiyatlı olun, bəzi vaksinlərə, o cümlədən Rusiya və Çin peyvəndlərinə yox deyin”, - deyə o bildirib.

Bon Avropada əvvəl qeydə alınmış 4 vaksinin koronavirusla mübarizə üçün yetərli olduğunu və yalnız onlara güvənə biləcəklərini söyləyib.