Türkiyədə PKK tərəfindən törədilən terror hadisələri davam edir. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şırnak şəhərində terroristlər yolda yoxlama aparan əsgərləri pusquya salaraq silahlı hücum edib. Hadisə nəticəsində 3 əsgər şəhid olub.
Qeyd edək ki, son günlərdə Türkiyə ərazisində terror hadisələrində 50 yaxın şəxs ölmüş, yüzlərlə adam isə yaralanmışdı.