Poroşenko göz yaşını saxlaya bilmədi - Video

Poroşenko göz yaşını saxlaya bilmədi - Video backend

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Nazirlər Kabineti qarşısında çıxışı zamanı Kramatorska səfərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Qazilər.az saytı oxu.az-a istinadən xəbər verir ki, prezident rusların atdığı raket nəticəsində həlak olan insanlardan danışıb: “Həyətdə partlamamış raketin quyruğu görünür. Normal insanın davam gətirə bilməyəcəyi mənzərə... Quyruq görünür, ananın çantası, uşaq oyuncağı yerdədir. Ana ölüb, üç yaşlı uşağın qolunu qəlpə aparıb. Onu xilas etmək üçün bütün gecə əməliyyat aparılıb. 16 nəfər həlak olub, çoxsu dinc sakinlərdir, 66 yaralı var. Onlardan 11-nin vəziyyəti ağırdır, 5-i uşaqdır. Onlar nəyə görə yaralanıblar?”.

Xatırladaq ki, fevralın 10-da Ukraynanın Kramatorks şəhəri atəşə tutulub. Ukrayna hakimiyyətinin məlumatına görə, atəşi yaraqlılar “SMERÇ” sistemindən açıblar.

Prokurorluq Kramatorskun atəşə tutulmasını terror aktı kimi qiymətləndirib. Separatçılar şəhəri bombalamadıqlarını iddia edir və Ukrayna ordusunu günahlandırırlar.

Bundan əvvəl Kramatorksun atəşə tutulması zamanı 8 hərbçinin öldüyü bildirilmişdi.

Diaspora