Haiti prezidenti Jovenel Moisə qarşı bugünkü sui-qəsdin görüntüləri “Twitter”də yerləşdirilib.
“Report” xəbər verir ki, videoda əli avtomatlı şəxslər küçədə var-gəl edirlər, daha sonra isə atəş səsləri gəlir.
Xatırladaq ki, dövlət başçısı iqamətgahına naməlum şəxslərin hücumu nəticəsində güllənib.
Sui-qəsdçilərin şəxsiyyəti hələlik müəyyənləşdirilməsə də, rəsmi məlumatda onların ispanca danışdıqları bildirilir.