Haitinin qətlə yetirilən prezidentinin xanımı da ölüb

Haitinin qətlə yetirilən prezidentinin xanımı da ölüb backend

Naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz aldığı xəsarətlərdən xəstəxanada ölüb.

“Report” xəbər verir ki, bu barədə “Telesur” telekanalı tvitterdə məlumat yayıb.

“Haiti prezidentinin həyat yoldaşı Martin Moizin də iqamətgaha edilən hücumda aldığı xəsarətlərdən ölüb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəsxlər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.