Türkiyədə Xalqların Demokrtiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş barəsində respublika baş prokurorluğu tərəfindən deputat sorğusu hazırlanıb. ANS PRESS-in məlumatına görə, buna Demirtaşın bu il mayın 17-də AKP və bu partiyanın sədr müavini Süleyman Soylu barədə dediyi sözlər səbəb olub.
Səlahəddin Demirtaş ölkədə parlament seçkisi öncəsi – 2015-ci il mayın 17-də AKP-nin 3 500 nəfərlik hiylə briqadası yaratdığını, bu briqadaya AKP-nin sədr müavini Süleyman Soylunun rəhbərlik etdiyini demişdi. Bundan sonra Soylu vəkili vasitəsilə respublika prokurorluğuna müraciət etmişdi.Bundan sonra başladılan istintaq çərçivəsində Ankara respublika prokurorluğu tərəfindən Demirtaşın, “şərh, açıqlama və ifadə azadlığı hüdudunu aşdığına qərar verilib. Baş prokurorluq törətdiyi hərəkətə görə, konstitusiyanın 83-cü maddəsinə istinadən Səlahəddin Demirtaşın toxunuknalığının ləğv olunmasına qərar verib.
Bu çərçivədə hazırlanan deputat sorğusu Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunması üçün Ədliyyə Nazirliyinə göndərilib.
Səlahəddin Demirtaş parlament seçkisi öncəsində, HDP-nin seçki bariyerini keçə bilməməsi üçün AKP sədr müavini Süleyman Soylunun rəhbərlyi ilə 3 500 nəfərlik hiylə briqadası yaradıldığını və Soylunun şəhər-şəhər gəzərək onları hazırladığını iddia etmişdi.