Rusiyada təyyarə qəzasında ölənlərin cəsədləri sudan çıxarılmağa başlanılıb

Rusiyada təyyarə qəzasında ölənlərin cəsədləri sudan çıxarılmağa başlanılıb backend

Rusiyada qəzaya uğrayan "An-26" təyyarəsindəki insanların cəsədlərini xilasedicilər çıxarmağa başlayıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi x'b'r' görə, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov bildirib.

Məlumatlar hər dəqiqə dəyişdiyi üçün, artıq neçə cəsəd çıxarıldığını qubernator açıqlamayıb.

"İnterfaks"ın mənbələrinə görə, bu günə qədər xilasedicilər "An-26" təyyarəsinin qəzasında ölən altı nəfərin cəsədlərini çıxara biliblər.