Günəşdə son illərin ən güclü partlaması qeydə alındı

Günəşdə son illərin ən güclü partlaması qeydə alındı backend

Alimlər Günəşdə X sinfə aid olan və 2017-ci ildən bəri ən güclü sayılan partlayış qeydə alıblar.

Bu barədə "Forbes" məlumat yayıb.

Günəş partlaması 3 iyul- şənbə günü baş verib. Alimlərin fikrincə, bu yeni, 25-ci günəş dövründə ilk X-sinif partlaması idi.

Qeyd edək ki, Günəşdəki partlamalar Latın hərifləri ilə - A, B, C, M və ya X-lə ölçülür. Yəni partlamalar alovun rentgen şüalanmasının pik intensivliyinin böyüklüyünə (A ən kiçik, X ən böyükdür) görə təsnif edilir. Amerikalı astronom Toni Filipsin sözlərinə görə, partlamaya səbəb olan günəş ləkəsi qəfildən ortaya çıxdı.