Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Estoniya konsulu Marta Lyatteni saxlayıb.
Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, o Sankt-Peterburqda məxfi xarakterli materiallar alarkən cinayət başında tutulub.
"Bu fəaliyyət diplomatik işçi statusu ilə uyğun gəlmir və Rusiyaya qarşı açıq şəkildə düşmənçilik xarakteri daşıyır",- həbslə bağlı yayılan məlumatda deyilib. Həmçinin bildirilir ki, diplomata beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş tədbirlər tətbiq ediləcək.
Xatırladaq ki, aprel ayında da Sankt-Peterburqda oxşar insident yaşanmışdı. Həmin vaxt FSB Ukrayna konsulu Aleksandr Sosonyuku saxlamışdı. O zaman qeyd edilirdi ki, diplomat Rusiya vətəndaşından məxfi xarakterli məlumatlar əldə etmək məqsədilə görüş keçirən zamanı saxlanılıb.