Etirazçılar avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir.
İrəvanın mərkəzində "Dur, Ermənistan" vətəndaş hərəkatı elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı aparılan mübarizəni davam etməkdədir.ANS PRESS-in məlumatına görə, iyulun 29-da yüzlərlə etirazçı İrəvanın mərkəzində yerləşən Azadlıq meydanına çıxıblar. Bir müddət davam edən qarşıqlıqdan sonra polis aksiyaçıları meydandan qovmağa nail olub.
Daha sonra, etirazçılar Nalbandyan və Sarkisyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.
"Dur, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Etirazlar davam edir
Polis "Dur, Ermənistan" vətəndaş hərəkatının koordinatoru David Sanasaryanı döyüb. Sanasaryan təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Sanasaryan polisin ona qarşı güc tətbiq etməsinə şikayətlənərək, ona başından zərbə endirildiyini qeyd edib. Aksiyaçılar etirazlarını davam etdirəcəyini bildirərək dağılışıb.
David Sanasaryan
İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxan “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub.
Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür.
İrəvanda Azadlıq meydanı