Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, Minskdə “Normand formatı” çərçivəsində keçirilən danışıqlara fasilə verilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar şam yeməyindən sonra davam edəcək.“Görüş asan keçməsə də, irəliləyiş var”, deyə diplomatik mənbə bildirib.
Xatırladaq ki, Fevralın 11-də Minskdə Ukrayna üzrə “Normand formatı”nda danışıqlar başlayıb. Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Almaniyanın federal kansleri Angela Merkel sülh planının müzakirəsi üçün Belarus paytaxtına gəliblər