Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Amerika Birləşmiş Ştatları və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını bəyan edib.
QAZİLER.AZ-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Kim Çen In Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərində deyib ki, bu təlimlər müharibəyə hazırlığın bir hissəsidir.“Bu müharibə öz miqyasına görə 65 il əvvəlki müharibədən geri qalmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Şimali Koreya HHQ-nin təlimləri 1950-1953-cü illər Koreya müharibəsinin başa çatmasını bildirən atəşkəs haqqında sazişin imzalanmasının 62-ci ildönümü münasibəti ilə keçirilib.