Belarus Ukrayna ilə sərhədi bağlayır

Belarus Ukrayna ilə sərhədi bağlayır backend

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə dövlət sərhədinin bağlanması barədə göstəriş verib.

Bu barədə BELTA məlumat yayıb.

Məlumata əsasən, dövlət başçısı müvafiq açıqlama ilə Müstəqillik günü münasibətilə təşkil edilmiş təntənəli mərasim zamanı çıxış edib.

“Ukraynadan Belarusa külli miqdarda silah gəlir. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam”, - deyə Lukaşenko bildirib.  

Oxu.az