Nazarbayevdən sərt ittiham

Nazarbayevdən sərt ittiham backend

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını barbarlığa bənzədib və bundan Qazaxıstana da ziyan dəydiyini bildirib.

O, bu gün hökumətin iclasında çıxış edərkən, Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb, Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu söyləyib: "Qazaxıstan da bu çətinlikdən çıxacaq. Son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib".

N.Nazarbayev buna görə Qərbi günahlandırıb, bunun xarici amillərlə bağlı olduğunu və bunun Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqının üzvü olması ilə heç bir bağlılığı olmadığını bildirib.

Prezident Mərkəzi Bankı ölkə iqtisadiyyatını dollarsızlaşdırmağa, əhali və şirkətləri isə dollarlarını tengeyə dəyişməyə, pullarını boş yerlərə xərcləməməyə və xarici yox, yerli mallar almağa səsləyib.
Diaspora