İraqın Əl-Fəluca şəhərində İŞİD-in “maliyyə naziri” məhv edilib. QAZİLER.AZ xəbər verir ki, bu barədə APA “Iraqi News” portalına istinadla məlumat yayıb.
Məlumata görə, İŞİD-in “maliyyə naziri” kimi tanınan İbrahim Yassam Fazax İraq silahlı qüvvələrinin snayperinin gülləsinə tuş gəlib.Qeyd edək ki, bundan əvvəl İraqın Hərbi-Hava Qüvvələri Əl-Fəlucanın İŞİD-dən olan qondarma merini hava zərbəsi nəticəsində məhv edib.