Türkiyədən İŞİD-ə zərbə

Türkiyədən İŞİD-ə zərbə backend

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyat keçirib. İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 14 nəfər saxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilib ki, terrorçulara qoşulmaq istəyənlər sərhəddə yaxalanıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Əməliyyat fevralın 9-da Qaziantəpin Oğuzeli Mahalının Sazgın məhəlləsində keçirilib. Saxlanılan şəxslərin ifadələri prokurorluqda alınıb.

İfadəsi alınan türk sərbəst buraxılıb. 13 əcnəbi şəxs isə Türkiyədən çıxarılacaq.

Baş Qərargahdan verilən açıqlamada həmçinin bildirilir ki, İzmirin qərbi Dilek Yarımadasında, Yunanıstana məxsusu C-130 təyyarəsi fevralın 10-da 2 dəqiqə müddətində Türkiyə sərhədini pozub.
Diaspora