İordaniyada yaşlı kişi peyvənddən 10 dəqiqə sonra öldü

İordaniyada yaşlı kişi peyvənddən  10 dəqiqə sonra öldü backend

İordaniyada 66 yaşlı kişi “AstraZeneca” peyvəndini vurdurdurqdan 10 dəqiqə sonra ölüb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin “Petra” agentliyi məlumat yayıb.

Məlumata görə, 66 yaşlı şəxs peyvənddən 10 dəqiqə sonra huşunu itirib, həkimlərinə səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İordaniya səhiyyə naziri Firas əl-Həvari ölən şəxsin xroniki xəstəliklərdən əziyyət çəkdiyini, ölümün səbəblərinin araşdırıldığını deyib.