Ekspert: Təhlükəsizlik və biznes İranla nüvə sazişində əsas rol oynamalıdır

Ekspert: Təhlükəsizlik və biznes İranla nüvə sazişində əsas rol oynamalıdır backend

İranla nüvə sazişində təhlükəsizlik və biznes əsas rol oynamalıdır. İran beynəlxalq ticarət bazarına çıxış hüququ əldə etməlidir. Bunu Trend-ə Macarıstanın 3 Baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, İran nüvə enerjisinə malik olmalıdır, lakin saziş bu ölkənin nüvə enerjisini hərbi məqsədlər üçün istifadə etməsinə qadağanı təmin etməlidir, çünki bu, region üçün təhdid törədir.

L.Kozma qeyd edib ki, İran İsrailin məhv edilməsi ilə bağlı məqsədlərini unutmalı və bu ölkə, eləcə də Səudiyyə Ərəbistanı ilə münaqişə etmək əvəzinə, əməkdaşlığa köklənməlidir: "Bu əməkdaşlıqda əsas məqam İŞİD ilə mübarizədir. İran Macarıstanın da iştirak etdiyi bu mübarizədə əsas oyunçudur".
Diaspora