İtaliyanın “Stonex One” smartfonlarının satışına uğurla start verilib və cəmi 5 saniyə ərzində 300 nüsxədən ibarət olan limit tam olaraq satılıb.
İKT.lent.az-ın “news.rambler.ru” saytına istinadən məlumatına görə, İtaliyanın “La Stampa” qəzetinin məlumatında deyilir ki, 5 saniyə ərzində internetdə 300 ədəd smartfon aparatı satılıb.Məhdud sayda olan “Galileo” smartfonnlarının qiyməti 299 avro təşkil edib. Telefon xüsusiyyətlərinə görə rəqiblərindən o qədər də çox fərqlənmir. Belə ki, smartfonun ekranı “iPhone 6 Plus” smartfonlarında olduğu kimi, 5,5 düym, “MediaTek 679” prosessoru, RAM 3 GB, 21 meqapiksel “Sony” kamerası, LTE, Wi-FI, GPS mövcuddur.
Baxmayaraq ki, bu telefonlar Çində istehsal olunub, İtaliya smartfonu kimi tanınır. Buna səbəb bu smartfonun İtaliyanın Briantsa şəhərində tərtib edilməsidir.