Naməlum şəxslər Nigerin Qahirədəki səfirliyi qarşısındakı mühafizə postuna atəş açıblar. Nəticədə bir polis həlak olub, iki nəfər yaralanıb.
Yerli KİV-lərin yaydığı xəbərə görə, cinayətkarlar avtomobildə Niger səfirliyinin Misir Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət xarici mühafizə postuna yaxınlaşaraq, onu odlu silahdan atəşə tutublar.