BMT: Ukraynada 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb

BMT: Ukraynada 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb backend

Ukraynada son 15 ay ərzində hərbi münaqişə nəticəsində 7 minə yaxın insan həlak olub. APA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı idarəsinin mətbuat katibi Sesil Puyi bildirib.

“2014-cü il aprelin ortalarından 2015-ci il iyulun 27-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 832 nəfər (mülki və hərbi) həlak olub, azı 17 087 nəfər isə yaralanıb”, - deyə S.Puyi bildirib.

Hesabata “Malayziya Hava Yolları”na məxsus "Boeing" təyyarəsində ölən 298 nəfər də daxildir.

Diaspora