PKK silahlıları Türkiyədə İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini partladıblar. QAZİLER.AZ-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb.