Türkiyə Kabil aeroportunun təhlükəsizliyini təmin edəcək

Türkiyə Kabil aeroportunun təhlükəsizliyini təmin edəcək backend

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabil hava limanında təhlükəsizliyi Türkiyə təmin edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidentinin təhükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

“Türkiyə Həmid Qərzayi adına aeroportun təhlükəsizliyində həlledici rol oynayacaq”, - deyə o bildirib.

C.Sallivanın sözlərinə görə, bu mövzuda iki ölkə prezidenti Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında bu həftə baş tutmuş görüş zamanı söhbət olub.

Diaspora