Koronavirusun kökünü Çində deyil, ABŞ-da araşdırın - Çağırış

Koronavirusun kökünü Çində deyil, ABŞ-da araşdırın -  Çağırış backend

ABŞ və Çin arasında koronavirusun mənşəyi ilə bağlı müzakirələrin davam etdiyi vaxtda Pekindən yeni açıqlama gəlib.

Qazilər.az xəbər verir ki, Çinin yüksək mütəxəssisli epidemioloqu koronavirusun mənşəyi ilə bağlı tədqiqatların növbəti mərhələsinin ABŞ-da aparılmalı olduğunu deyib.

ABŞ Milli Səhiyyə İnstitutlarının (NIH) bu həftə yayımladığı araşdırmada, ölkənin 5 əyalətində ən azı 7 nəfərin koronavirusa səbəb olan SARS-CoV-2-yə yoluxduğu göstərilib. Bunun hələ ABŞ-ın ilk yoluxma halları ilə bağlı rəsmi açıqlamalarından bir neçə həftə əvvəl baş verdiyi bildirilir.

Çin ilə Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) mart ayında yayımlanan birgə araşdırmasında, koronavirusun böyük ehtimalla ölkənin vəhşi heyvanların satışını edən bazarlardan qaynaqlandığı və virusun yarasalardan insanlara keçdiyi yer alıb. Lakin Pekin koronavirusun xaricdən dondurulmuş qidalarla Çinə daxil olduğunu irəli sürür.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin epidemioloqu Zeng Guang  “Global Times”ə verdiyi açıqlamasında bildirib ki, diqqət ABŞ-a yönəldilməlidir. Həmçinin ABŞ-ın epidemiyanın başlanğıc məehələsində isanları test etməkdə lənq davrandığını eyni zamanda ABŞ-ın bir çox bioloji laboratoriyalara ev sahibliyi etdiyini əlavə edib: “Ona görə də ölkədəki bütün bioloji silahlarla əlaqəli məsələlər diqqətlə araşdırılmalıdır”, - Zeng Guang deyib.

Diaspora