Ailəlikcə Azərbaycana keçən ermənilərin məhkəməsi başlayıb

Ailəlikcə Azərbaycana keçən ermənilərin məhkəməsi başlayıb backend

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin onun barəsində başladığı cinayət işinin istintaqı başa çatıb Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluq səbəbindən bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb, iş məhkəməyə verilib.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Məhkəmə departamentinin mətbuat xidmətinin məlumatında bidirilib.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Y. Gevorkyan ailəsi birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmiş, o, ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.
Diaspora