İyul ayında Çinin “ZhuoDa group” adlı şirkəti cəmi bir neçə saat ərzində bina inşa edən modulyar texnologiyanı nümayiş etdirib. QAZİLER.AZ-ın “AzərTac”-a istinadən məlumatına görə, şirkət üç saat ərzində “International Exhibition Center Plaza” sərgi mərkəzində ikimərtəbəli villa, Sian şəhərində isə bir analoji ev tikilib.
3d-conf.kz saytının məlumatına əsasən, bina su boruları, santexnika qurğuları və daxili işləmələrlə birlikdə şirkətin ərazisində inşa edilir. Sonra qismən hazır olan ev inşaat meydançasına aparılır. Divarların çapı üçün məxfi materialdan istifadə olunur.Bu kimi evlərin yekun qiyməti digərləri ilə müqayisədə daha münasibdir, çünki nəqliyyat, tikinti materialları və texnikaya vəsait ödəməyə ehtiyac yoxdur. Ev 9 bal gücündə zəlzələyə, rütubət və oda davamlıdır.
Hazırda 40 dövlət layihəsi üzrə müqavilə imzalamış istehsalçı yeni material üçün 22 patentə malikdir.