Hindistanda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər dağıntılar altında qalıb. QAZİLER.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, insident ölkənin qərbindəki Txane şəhərində baş verib.
Məlumata əsasən, dar küçələr və qeyri-qanuni tikililər xilasedicilərin və texnikanın hadisə yerinə yetişməsini çətinləşdirir. Uçqun nəticəsində yaxınlıqdakı binalara da zərər dəyib.Xatırladaq ki, iyulun ortalarında Hindistanın paytaxtı Dehlidə dördmərtəbəli evin uçması nəticəsində 2 nəfər ölmüş, 6 nəfər xəsarət almışdı.