Kolumbiya-Panama sərhədində 5,9 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kolumbiyanın Akandi şəhərindən 29 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.