Çelyabinsk yaxınlığında Yerə yarım əsr əvvəl düşən meteorit parçaları tapılıb.
QAZİLER.AZ saytının məlumatına görə, AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, Çelyabinsk diyarşünaslıq muzeyində meteorit parçaları nümayişi olunur.
Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, Kunaşak meteoritinin parçaları Yerə 1949-ci il iyunun 11-də düşüb və nadir eksponatlardan sayılır. XX əsrdə ümumi çəkisi 200 kiloqram olan meteoritin 20 parçası toplanıb. Lakin 1960-ci ildə tapıntılar dayandırılıb. Ötən il meteoritin daha bir qalığı aşkar edilib. Bu ilin iyul ayında isə geoloqlar yeni meteorit parçaları tapıblar.
Alimlər bildirir ki, Kunaşak meteoriti kifayət qədər gəncdir. Onun "cəmi" 720 milyon yaşı var. Meteorit parçaları təkcə Kunaşak rayonundakı torpağa deyil, həm də yerli Çebarkul gölünə düşüb.