Reklam fırıldaqçılıq şirkətləri hər il 1 milyard dollar ziyan vurur

Reklam fırıldaqçılıq şirkətləri hər il 1 milyard dollar ziyan vurur backend

Zərərli mobil proqram təminatının sayı durmadan artır və fırıldaqçılar diqqəti daha çox reklam sənayesinə yönəldərək istifadəçiləri reklam elanlarına istiqamətləndirən zərərli koddan istifadə edirlər. Ekspertlər tərəfindən bu fırıldaqçılıq sxemi “Reklamın ələ keçirilməsi” (Advertising hijacking) adlanır. Zərərli proqramlar hər gün petabayt həcmdə məlumat sərf edir və ekspertlərin hesablamasına görə, ildə bir milyard dollar məbləğində ziyan vurur.



Tədqiqatçıların məlumatına görə, həm “Android”, həm də “iOS” sistemləri üçün 5 minə yaxın zərərli mobil əlavə istifadəçinin xəbəri olmadan reklamı göstərir və yenidən yükləyir. Nyu-Yorkun informasiya təhlükəsizliyi mütəxəssisləri Mayk Endryus , Entoni Kolev, Devid Sendroff və Mett Vella bildirib ki, zərərli mobil əlavə dəqiqədə 20 reklam elanını generasiya etdiyi halda rəsmi əlavə dəqiqədə bir elanı generasiya edir. Çoxsaylı reklam elanlarının generasiyası bazarda bütün mobil əlavələrin 15 faizinə və ümumilikdə trafikin keyfiyyətinə mənfi təsir göstərir.

Rəsmi reklamçılar fırıldaqçılıqla məşğul olan şirkətlərə görə böyük məbləğdə vəsaitlər itirir. Reklam sənayesi üçün “iOS” sistemində itkilərin həcmi 363 milyon, “Android” sistemində 480 milyon, “Windows Mobile” sistemində 14 milyon dollar təşkil edir.

Ekspertlərin tədqiqatından həmçinin məlum olub ki, antivirus proqramları bu zərərli fırıldaqçılıqları aşkar edə bilmir, - “SecurityLab” yazır.
Diaspora