Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak olub

Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak olub backend

Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.

Qazilər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, naməlum partlayıcı qurğu vasitəsilə törədilən partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Report.az

Diaspora