NATO Türkiyənin hərbi əməlliyatlarına DƏSTƏK verdi

NATO Türkiyənin hərbi əməlliyatlarına DƏSTƏK verdi backend

Türkiyənin terror təşkilatlarına qarşı həyata keçirdiyi əməliyyatları müzakirə etmək üçün bu gün fövqəladə toplantı keçirən NATO gözlənilən açıqlamanı verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, NATO-nun baş katibi Jens Stoltenberq Brüsseldəki toplantıdan sonra keçirdiyi mətbuat konfransında prosesi yaxından izlədiklərini və Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini deyib.

Baş katib deyib: “Türkiyəyə qarşı terror aktlarını şiddətlə qınayırıq. Suruçtakı olayda, eləcə də polis və hərbçilərə qarşı hücumlarda həyatını itirənlərin ailələrinə və Türkiyə hökumətinə başsağlığı veririk”.

Qeyd edək ki, toplantıda Türkiyə tərəfi hərbi tərəfdaşlarından yardım istəməyib.
Diaspora