Yens Stoltenberq: Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz

Yens Stoltenberq: Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz backend

NATO son günlər Türkiyədə törədilən terror aktları ilə bağlı yaranmış vəziyyəti yaxından izləyir. Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz.


AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, bu gün NATO Şurasının iclasının keçirilməsi çox doğru və vaxtında atılmış addımdır. Bu toplantıda Türkiyədəki və Alyansın sərhədlərindəki vəziyyət müzakirə ediləcək. NATO hadisələrin gedişini diqqətlə izləyir və biz müttəfiqimiz Türkiyə ilə həmrəyik.

Xatırladaq ki, Türkiyədəki terror aktları və təhlükəsizlik vəziyyəti ilə əlaqədar məsləhətləşmələr aparmaq üçün bu gün NATO Şurasının toplantısı keçiriləcək.
Diaspora