Türkiyənin Hakkari vilayətində PKK və polis arasında atışma baş verib.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində polis serjantı yaralanıb.
Polis dəstələri həmkarlarının köməyinə gəlib. Bu gün, həmçinin PKK silahlıları Mardin vilayətində bələdiyyə binasını atəşə tutublar, Muş vilayətində isə 2 körpünü partladıblar.