Silah istehsalçıları: ilk üçlükdə ABŞ şirkətləridir

Silah istehsalçıları: ilk üçlükdə ABŞ şirkətləridir backend

ABŞ-ın “Defense News” nəşri silah istehsalı ilə məşğul olan dünyanın 100 ən iri şirkətinin reytinqini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, reytinq hərbi təyinatlı məhsulların satışından əldə olunan gəlirlərin həcmi və müvafiq xidmətlərin göstərilməsi meyarları əsasında tərtib edilib.

Reytinqə əsasən, ilk üç yeri müvafiq olaraq ABŞ-ın “Lockheed Martin”, “Boeing” və “BAE Systems” şirkətləri tutub.

Siyahıda Rusiya şirkətləri də yer alıb. Həmin şirkətlər (“Almaz-Antey”, “Vertolyotı Rossii”, ”Suxoy”, “Radioelektronnıye texnologii”, “İrtuk””, “MiQ” və “RTİ”) reytinqin müxtəlif sıralarında qərarlaşıb.
Diaspora