NATO-dan Türkiyənin fövqəladı toplantı tələbinə cavab gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, NATO tarixində 5-ci dəfə fövqəladə toplanacaq.
Qeyd edək ki, son günlərdə PKK və İŞİD hədəflərini bombardman edən Türkiyə müttəfiqlərini məlumatlandırmaq üçün NATO-nu fövqəladə toplantıya çağırmışdı. Qurumun sözçüsü Oana Lungesku fövqəladə iclasın bu gün keçiriləcəyini bəyan edib.