Dünyanın ən zəngin adamı kosmos xəyalını gerçəkləşdirir

Dünyanın ən zəngin adamı kosmos xəyalını gerçəkləşdirir backend

Dünyanın ən zəngin adamı olan Amazon-un qurucusu Cef Bezos qardaşı ilə bərabər kosmosa gedəcək.

Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, onlarla bərabər kosmosa uçuş çərçivəsində iyulun 20-də keçiriləcək hərracın qalibi də gedəcək. Bu barədə dünyanın ən varlı adamı öz Instagram hesabında yazıb.

"5 il kosmosa səyahət arzusu ilə yaşamışam. 20 iyulda  qardaşımla bu səyahətə çıxacam. Mənin ən yaxın dostumla möhtəşəm macəra olacaq", - deyə Bezos yazıb.

Milyarderə məxsus Blue Origin kompaniyası öz Twitter hesabında məlumat verir ki, hərracda qalib gələn şəxs də Bezos və onun qardaşı ilə birgə kosmosa səyəhət edə biləcək. 12 iyunda başa çatacaq hərraca qeydiyyat iyunun 10-a qədərdir.