“Türkiyə İsrail ilə əlaqələri bərpa edə bilər” – İsrail nəşri

“Türkiyə İsrail ilə əlaqələri bərpa edə bilər” –  İsrail nəşri backend

“Ankara yeni İsrail hökuməti ilə münasibətləri normallaşdırmaq istəyir”.

Yenisabah.az “Israel Hayom”a istinadla xəbər verir ki, bunu anonim qalmaq istəmiş bir türk səlahiyyətlisi bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki tərəf arasındakı əlaqələri bərpa etmək üçün yeni hökumətin vəzifəsinin icrasına başlamasını gözləyir. "Ərdoğanın daha əvvəl də qeyd etdiyi kimi, İsrail ilə yaxşı əlaqələr qurmaqda maraqlıyıq. Türkiyənin problemi yalnız İsrailin keçmiş baş naziri idi. Hökumət dəyişikliyi ilə münasibətlərimizi davam etdirəcəyik".

Ötən həftə Türkiyədə nəşr olunan “Hürriyet” qəzeti də bir başqa türk səlahiyyətlisinə istinadən, Türkiyənin İsraillə münasibətləri normallaşdırmaq üçün 5 şərtinin olduğunu açıqlayıb. Qəzet Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun yeni hökumət quran Yair Lapid və Naftali Bennettə yazdığı məktubda ünsiyyət qurma istədiyi təqdirdə, İsrailin siyasətini dəyişdirməli olduğunu da qeyd edib.