Dubayda cinayətkar qrup görüş adı altında otelə gələrək onu döyüb və qarət ediblər.
Qaziler.az bildirir ki, bu barədə Gulf News portalı məlumat verib.
40 yaşlı suriyalı menecer saytda tanış olduğu qadınla təxminən bir ay ərzində telefonla danışdıqdan sonra qadına oteldə görüşməyi təklif edib. Lakin naməlum qadının əvəzinə ötel otağında suriyalını cinayətkarlar "qarşılayıb".
3 kişi və 3 qadından ibarət cinayətkar qrup sözügedən şəxsi otel otağına sürüyərək onun pul kisəsindəki nağd pulları götürüblər. Sonra kişini döyərək onun bank kartının parolunu öyrənməyə çalışıblar. Məqsədlərinə nail ola bilməyən soyğunçular onu yenidən döyərək hadisə yerindən qaçıblar. Zərərçəkmişdən 29 min dirhəm oğurlanıb.
Polis əl-barmaq izlərinə əsasən cinayətkarlardan ikisinin şəxsiyyətini müəyyən edərək həbs edib. Bunlar Nigeriya vətəndaşı olan 32 və 37 yaşlı şəxslərdir. Digər cinayətkarları tapmaq hələ ki mümkün olmayıb.