Ukrayna prezidenti Vladimir Zelenski açıq havada jurnalistlərlə görüş keçirib.
Qaziler.az bildirir ki, Zelenski media nümayəndələri peşə bayramı münasibətilə təbrik edib və onlara kabab qonaqlığı verib.
"Media işçilərinin peşə bayramı ərəfəsində görüşdüm. Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Belə görüşlərin artıq ənənəyə çevrilməsi çox xoşdur", - deyə Zelenski İnstaqram səhifəsində yazıb.