Rusiya kimyəvi silah ehtiyatlarının 90 faizdən çox hissəsini məhv edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kimyəvi silahın təhlükəsiz saxlanılması və məhv edilməsi üzrə Federal İdarənin rəisi general-polkovnik Valeri Kapaşin bildirib.
Onun sözlərinə görə, iyulun 27-dək məhv edilmiş birinci kateqoriyalı kimyəvi silahın ümumi həcmi 36 min ton, yaxud elan edilmiş ehtiyatların 90,4 faizini təşkil edib.Valeri Kapaşin bildirib ki, ilin sonunadək, məhv edilmiş kimyəvi silahın həcmi 36,6 min ton, yaxud ümumi ehtiyatların 91,5 faizini təşkil edəcək.
Məlumata görə, 2015-ci ildən sonra kimyəvi silah ehtiyatlarının 3,4 min ton hissəsi yalnız Udmurtdakı “Kizner” obyektində qalacaq. Onun məhv edilməsi 2020-ci ilin dekabrın 31-dək başa çatacaq.