Hindistanın keçmiş prezidenti Əbdül Kəlam 83 yaşında vəfat edib. APA-nın “Hindustan Times”a istinadın verdiyi xəbərə görə, Kəlam Hindistan menecment institutunda mühazirə oxuyarkən ürəyi tutub.
Onun xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.Hindistanda 7 gün matəm elan olunub.
Əbdül Kəlam 2002-2007-ci illərdə ölkəyə rəhbərlik edib.