Türkiyə NATO Şurasını təcili toplantıya çağırıb

Türkiyə NATO Şurasını təcili toplantıya çağırıb backend

NATO Şurası Türkiyənin sorğusu əsasında Alyansın 28 üzv ölkələrin səfirləri səviyyəsində ölkədəki terror aktları ilə əlaqədar təcili toplantı keçirəcək. “NATO Şurası iyulun 28-də Türkiyənin sorğusu əsasında Vaşinqton müqaviləsinin 4-cü maddəsinə dair məsləhətləşmələr aparmaq məqsədi ilə iclas keçirəcək”, deyə Alyansın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən hər bir müttəfiq ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya ölkənin təhlükəsizliyinə təhlükə yarandıqda məsləhətləşmələrin keçirilməsi ilə bağlı sorğu verə bilər.

Məlumatda bildirilir ki, Türkiyə məsləhətləşmələrin keçirilməsi ilə bağlı sorğu verməsi son günlər silsilə terror aktlarının törədilməsi ilə əlaqədar vəziyyətin ciddiliyi və görülən tədbir haqda müttəfiqləri məlumatlandırılması ilə bağlıdır: “Müttəfiqlər hadisələri diqqətlə izləyir və Türkiyə ilə həmrəydirlər”.
Diaspora