Rusiya BMT TŞ-də “Boeing”lə bağlı qətnaməyə veto qoyacaq

Rusiya BMT TŞ-də “Boeing”lə bağlı qətnaməyə veto qoyacaq backend

Ukraynada “Boeing”in qəzaya uğraması ilə əlaqədar tribunal haqqında qətnamənin əleyhinə səs verəcək. Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynada Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar tribunalın keçirilməsini nəzərdə tutan qətnamə layihəsinin əleyhinə səs verəcək. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

“Biz əleyhinə səs verəcəyik, və mənim bunda heç bir şübhəm yoxdur. Əgər qətnamə 9 və daha çox səs toplayacaqsa – bu veto olacaq. Təəssüflər oldun ki, 9 səsin verilməsinə böyük ehtimal var”, deyə Çurkin bildirib.

Çurkin Malayziya tərəfindən təqdim edilən qətnamə layihəsinin səsverməyə çıxarılmayacağına ümid etdiyini bildirib.


Qeyd edək ki qətnamənin səsverməyə çıxarılması iyulun 29-na planlaşdırılıb.
Diaspora