İyulun 27-də Kamçatkadakı Karım vulkanı dəniz səviyyəsindən 5 kilometr yüksəkliyə kül püskürüb. Bu barədə "Deyta” informasiya agentliyi məlumat verib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, vulkanın hündürlüyü 1486 metrdir. Şəhər kül yağışından zərər görməyəcək. Çünki külək vulkan külünü yaşayış məntəqələrinin olmadığı yerlərə yayıb.
Vulkan aviasiya üçün təhlükəli hesab olunur. Turizm təşkilatlarına vulkan rayonuna turların təşkil edilməməsi tövsiyə olunub.