Çin mediasında Azərbaycan Demokratik Respublikasından bəhs edilib

Çin mediasında Azərbaycan Demokratik Respublikasından bəhs edilib backend

Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin təşəbbüsü ilə Çinin https://mp.weixin.qq.com saytında 28 may – Respublika Gününə həsr olunmuş "Əzab və Şöhrət: Azərbaycan Demokratik Respublikasının tarixi" sərlövhəli məqalə yayımlanıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, Pekin Universitetinin nəzdindəki Asiya Kollecinin Azərbaycan dili fakultəsinin tələbəsi Lu Sinin qələmə aldığı məqalədə ölkəmizin dövlətçilik tarixində baş vermiş mühüm hadisəni şərtləndirən ictimai-siyasi proseslər, Cümhuriyyət qurucuları, ADR-in yaranması, fəaliyyəti, həyata keçirdiyi siyasi-iqtisadi və humanitar islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə müfəssəl məlumat verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://mp.weixin.qq.com/s/4JuqeLeGyKaNx49g9OI4Zw

Diaspora