Norveçin “Det Norske Oljeselskap ASA” neft-qaz hasilatı və kəşfiyyatı şirkəti “Cohan Sverdrup” yatağında 20 milyon barrel neft aşkara çıxardığını elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Cohan Sverdrup” Norveçin ən böyük neft ehtiyatına malik yatağıdır. Yataqdan bu vaxtadək ümumilikdə 3 milyard barrel neft hasil olunub və şirkət hasilatı daha da artırmağı proqnozlaşdırır.