İŞİD-in Türkiyə qanadının başçısı həbs edildi

İŞİD-in Türkiyə qanadının başçısı həbs edildi backend

Türkiyədə İŞİD terror təşkilatının Türkiyə qanadının başçısı, Əbu Hanzala kimi tanınan Xalis Bayancuk həbs edilib. QAZİLER.AZ-ın “Kanal7” telekanalına istinadən verdiyi məlumata əsasən, X.Bayancuk Türkiyə vətəndaşlarının cəlb edilib Suriya və İraqa göndərilməsində fəal iştirak edirmiş.

Xatırladaq ki, Ankarada, həmçinin İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.

Həbs edilənlərin hamısı Suriya və İraqın qeyri-qanuni silahlı qrupları, həmçinin İŞİD terror təşkilatının üzvləridir.

Qeyd edək ki, son günlər Türkiyədə solçu və ultraradikal islamçılara qarşı xüsusi əməliyyatlar aparılır.

Türkiyədə iyulun 24-dən aparılan antiterror əməliyyatları çərçivəsində 300 nəfərdən çox insan həbs edilib.
Diaspora