Ankarada İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.
QAZİLER.AZ saytının Trend- ə istinadən verdiyi məlumata əsasən, həbs edilənlərin hamısı Suriya və İraqda qeyri-qanuni silahlı qruplara, həmçinin İŞİD terror təşkilatına daxildir.
Xatırladaq ki, son günlər Türkiyədə solçu və ultraradikal islamçılara qarşı xüsusi əməliyyatlar aparılır.
Türkiyədə iyulun 24-dən aparılan antiterror əməliyyatları çərçivəsində 300 nəfərdən çox insan həbs edilib.